Feldmarşal Xəlifə Haftarın Tripoliyə hücumu ilə başlanan döyüşlərdə son bir həftə ərzində 6-sı mülki vətəndaş olmaqla, 58 nəfər ölüb, 275 nəfər isə yaralanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamada bildirilib.
Məlumatda qeyd olunub ki, həyatını itirən mülki vətəndaşların ikisi həkim, biri isə təcili tibbi yardım avtomobilinin sürücüsüdür.
Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.(AZƏRTAC)
AzNews.az