Müğənninin ərinə olan nifrətin səbəbi bəlli oldu

11 Aprel 2019 16:55 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Işın Karacanın keçmiş ərinin problemləri hələ də bitmir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni yaxın günlərdə məhkəməyə müraciət edərək qızlarının soyadını dəyişdirib.

Keçmiş əri Sedat Doğana olan nifrətinin səbəbi isə məlum olub. Belə ki, Doğan milyon lirə borc alıb və həmin borcları hal-hazırda Işın Karaca ödəyir.

Qeyd edək ki, Sedat Doğan bir müddət əvvəl Braziliyaya gedib və orada həbs edilib.

Nigar CƏFƏR

AzNews.az