Ana küçənin ortasında 3 yaşlı qızını təpiklədi - VİDEO

11 Aprel 2019 16:47 (UTC+04:00)

Çində ananın 3 yaşlı qızına qarşı kobud rəftarı telefonla çəkilərək sosial şəbəkəyə yerləşdirilib.

AzNews.az xəbər verir ki, qadın azyaşlı qızını kameralara poz verməkdən imtina etdiyi üçün təpiklə vurub. Belə ki, azyaşlı Çində məşhur uşaq mağazalarının geyimlərinin reklamına çəkilir. Həmin gün isə çəkilişlər həddindən artıq çox olub və yorğun olduğu üçün poza verməyib. Ana isə əsəbilərinə hakim ola bilməyib və onu təpikləyib.

360 milyon dəfə baxılan görüntülər ölkədə rezonans doğurub. Övladının çəkildiyi reklamlardan pul qazanan ananın kobudluğu sərt şəkildə tənqid edilib. Onun analıq hüququndan məhrum edilməsi istənilib.

Açıqlama verən qadın hər kəsdən üzr istəyib. Əsəbilərinə hakim ola bilmədiyi üçün belə bir addım atdığını bildirib.

Aynur

AzNews.az