Göyçayda ağır qəza - Yaralı var

11 Aprel 2019 17:29 (UTC+04:00)

Hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, rayonun Şahsoltanlı kənd sakini, 1963-cü il təvəllüdlü İsmayılov Şaban Şahsuvar oğlu idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az