12 yaşlı qıza intim mesajlar yazan oğlanın başına oyun açdılar - FOTO

11 Aprel 2019 17:44 (UTC+04:00)

Türkiyənin Kütyaha şəhərində 12 yaşlı qıza seksual xarakterli mesajlar göndərən gənc həbs edilib.

AzNews.az xəbər verir ki, daha əvvəldən tanıdığı ailənin qızına intim mesajlar göndərən 26 yaşlı M.P. azyaşlının ailəsi tərəfindən polisə təhvil verilib.

Belə ki, sosial şəbəkədə saxta hesab açan şəxs qıza erotik məzmunlu mesajlar göndərib. Qız isə ona gələn mesajları ailəsinə göstərib.

Valideynlər 12 yaşlı qızlarının hesabından ona mesaj yazana görüş təklif ediblər. Danışılan ünvana gələn M.P. həbs edilib.

Aynur

AzNews.az