Məşhur komediya serialı efirlə vidalaşır

11 Aprel 2019 17:36 (UTC+04:00)

“Survivor – 2019” yarışmasına görə yayım tarixi dəyişdirilən layihə final etmək qərarına gəlib.

Əvvəlcə, ekran işinin ssenaristi və baş qəhrəmanı Gülse Birsel instaqramda “Jet Sosyete”nin mövsüm finalına ayrılacağını bildirib: “Yeddi həftədir 120 dəqiqəlik bölümlə qarşınıza çıxdıq. Bu həftə çıxmaq şərti ilə mayın ilk günlərinə kimi serialımız yayımlanacaq”.

G. Birselin sözügedən açıqlamasından sonra Türkiyə KİV-lərində yeni bir iddia ortaya atılıb. Bildirilib ki, reytinqli layihə birdəfəlik tamaşaçılarla sağollaşır.(qafqazinfo.az)

AzNews.az