Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu

11 Aprel 2019 17:49 (UTC+04:00)

Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub.

Gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub.

10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir.(modern.az)

AzNews.az