Gürcüstanda müxalifətçilərlə polislər arasında qarşıdurma: saxlanılanlar var

11 Aprel 2019 23:11 (UTC+04:00)

Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb.

VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Patarayanı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktı üzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb. (report)

AzNews.az