ABŞ Senatı Devid Bernhardtı daxili işlər naziri vəzifəsinə təsdiqlədi

12 Aprel 2019 00:21 (UTC+04:00)

ABŞ Senatı ölkənin daxili işlər naziri vəzifəsinə Devid Bernhardtı təsdiqləyib.

Bu barədə "The Washington Post" qəzeti bildirib.

Bernhardt yanvarın əvvəlindən ölkənin Daxili İşlər Nazirliyinin başçısı vəzifəsini icra edir. Daha əvvəl bu vəzifəni Rayan Zinke tutub. O, büdcə vəsaitlərinin bədxərcliyində ittiham edilərək vəzifədən uzaqlaşdırılıb.

ABŞ-ın Daxili İşlər Nazirliyi güc strukturu deyil, o, əsasən təbii resurslardan istifadə ilə məşğul olur. (report)

AzNews.az