Daha iki idmançımız II Avropa Oyunlarına lisenziya qazandı

12 Aprel 2019 09:18 (UTC+04:00)

Azərbaycanın iki idman gimnastı "Minsk-2019" II Avropa Oyunlarına lisenziya qazanıb.

Bunlar İvan Tixonovla Marina Nekrasovadır. Polşanın Şetsin şəhərindəki Avropa çempionatında çoxnövçülük yarışında finala yüksələn gimnastlar növbəti Oyunlarda iştirak hüququna yiyələniblər.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək.(report.az)

AzNews.az