Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil müğənni İbrahim Tatlıses haqqında paylaşım edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun müddət xəstəxanada müalicə alan şoumen dünən İnstagram profilində İbrahim Tatlısesin “Yalnızım dostlarım” mahnısını “Can yoldaşım, dostum, hər zaman yanımda oldun. Allah səni başımızdan əksik etməsin” yazaraq paylaşıb.
Qeyd edək ki, Mehmet Ali Erbil 16 ildir mübarizə apardığı “Qaçış sindromu” xəstəliyinin yenidən ağırlaşması nəticəsində ötən il uzun müddət komada qalıb.
Nigar CƏFƏR
AzNews.az