Xalq artisti Ramiz Əzizbəylinin əməliyyat olunan ayağı hələ də sağalmayıb.
Bunu AzNews.az-a xalq artistinin qızı Cəlalə Əzizbəyli deyib.
Onun sözlərinə görə, həkimlər onun yeriməsinə icazə vermirlər: "Bunun səbəbini isə şəkər xəstəsi olması ilə izah edirlər".
Cəlalə Əzizbəyli qeyd edib ki, Ramiz Əzizbəylini dostları heç vaxt tək buraxmır:
“Vaxtaşırı gəlib ona baş çəkirlər. Sənət adamlarından da ara-sıra gələnlər var”.
Qeyd edək ki, uzun müddətdir xəstə olan xalq artistinin sol ayağında problemlər yaranmışdı. Bu səbəbdən sənətkarın ayağı əməliyyat olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az