Azərbaycan Monteneqroya investisiya qoyuluşunda maraqlıdır

12 Aprel 2019 11:45 (UTC+04:00)

Azərbaycanlı sərmayədarlar Monteneqroya investisiya qoymaqda maraqlıdılar.

Bunu Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov sözügedən ölkənin Baş naziri Duşko Markoviç ilə görüşdə bildirib.

Görüşdə qeyd edilib ki, Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə olan siyasi əlaqələrini turizm, energetika, infrastruktur sahələrinə daha çox sərmayə yatırmaqla zənginləşdirə bilər.

Səfir bildirib ki, azərbaycanlı sərmayədarlar turizm istirahət mərkəzlərinə, həmçinin inrastruktur layihələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Məlumata görə, görüş zamanı Monteneqro ilə Azərbaycan arasında birbaşa aviareyslərin təşkili məsələsinə də toxunulub. Qeyd edilib ki, bu tezliklə reallaşmalıdır.

Baş nazir deyib ki, Monteneqro Azərbaycan ilə mədəniyyət sahəsində fəal şəkildə əməkdaşlıq edir.

Görüşdə, həmçinin Azərbaycanın Xalça Muzeyinin təcrübəsindən yararlanılması ilə bağlı da fikir mübadiləsi aparılıb.(report.az)

AzNews.az