Bakıda müəllim şagirdi döydü - Xəstəxanaya aparıldı

12 Aprel 2019 12:16 (UTC+04:00)

Bakıda daha bir müəllim şagirdini döyüb.

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli orta məktəbdə baş verib. Döyülən şagird 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

1 saylı Klinik Tibbi Mərkəzdən AzNews.az-a verilən məlumata görə, şagirdin ümumi vəziyyəti ağır deyil:

“Xəstə bu saatlarda gətirilib. Hazırda müayinələrdən keçirilir. Analizin nəticələrindən sonra səhhəti ilə bağlı fikir bildiriləcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az