Məktəbin həyətində dəhşət: Ona əxlaqsız təklif edən kişini... - VİDEO

12 Aprel 2019 12:44 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində işlədiyi məktəbin həyətində bacısının ərini öldürməkdə ittiham edilən 47 yaşlı Şengül Güvenin polisə danışdıqları hər kəsi dəhşətə gətirib.

AzNews.az xəbər verir ki, qadının sözlərinə görə, yeznəsi uşaq vaxtından ona qarşı seksual xarakterli hərəkətlər edib. Bacısı ilə evləndikdən sonra onun bu təcavüzləri daha da sıx hal almağa başlayıb. Son vaxtlar Şengülə intim əlaqə təklif edən Erdal Demirsoyun onu ölümlə hədələdiyini bildirən qadın sonda Demirsoyu öldürməyə qərar verdiyini söyləyib:

"Mənə zəng edib əxlaqsız təkliflər edirdi. Telefonu açmadığım zamanlar işlədiyim məktəbə gəlib məni söyür, saçlarıma sığal çəkirdi. Artıq bezmişdim. Evdən tüfəngi gətirib atəş açaraq sadəcə onu qorxutmaq istədim".

Onun bacısı N.D. isə ərinin onu dəfələrlə döydüyünü, boşanmaq istəsə də ölümlə hədələndiyi üçün bu addımı atmağa cəsarət etmədiyini bildirib. O, bacısından şikayətçi olmayıb.

Aynur

AzNews.az