Bağçalarda uşaqlara maliyyə dərsləri keçiriləcək

12 Aprel 2019 13:09 (UTC+04:00)

Rusiya Təhsil Nazirliyi Mərkəzi Bankla birgə ölkənin uşaq bağçalarında azyaşlılara maliyyə savadlılığının tədris olunması barədə layihə hazırlayıb.

Layihə ilə bağlı tövsiyələr Rusiyanın bütün regionlarına göndərilib.

Qeyd olunur ki, bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq.

Dərslərin səhnəciklər, nağıllar, tematik oyunlar şəklində keçirilməsi planlaşdırılır. Bu cür dərslərin uşaqlarda məsuliyyət, özünəinam kimi hisslərin artmasına səbəb olacağı deyilir.(trend.az)

AzNews.az