Bu avtobusların son dayanacaq məntəqəsi dəyişdirildi - FOTOLAR

12 Aprel 2019 13:23 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83, 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi kimi Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi müəyyən edilib.

Belə ki, avtobuslar 13 apreldən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.

AzNews.az