Keçmiş müdafiə naziri beynəlxalq axtarışa verildi

12 Aprel 2019 13:40 (UTC+04:00)

Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenkonu beynəlxalq axtarışa verib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Moskvanın Basman rayon məhkəməsinin mətbuat katibi Yunina Tsareva məlumat verib.

Onun sözlərinə görə, komitə Qritsenko barəsində axtarışla həbs qərarı verilməsi üçün məhkəməyə müraciət edib.

Qeyd olunur ki, A. Qritsenko terror qruplaşmasında fəaliyyətlə bağlı çağırış edən iki epizodda ittiham olunur.(qafqazinfo.az)

AzNews.az