Şabranda 3 uşaq anası intihar etdi

12 Aprel 2019 14:46 (UTC+04:00)

Hadisə rayonun Xırdaoymaq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Pəri Nəbi qızı özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, P.Əliyeva 3 uşaq anası olub.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.(ona.az)

AzNews.az