“Moody’s” Azərbaycanın reytinqini təsdiq etdi

12 Aprel 2019 15:03 (UTC+04:00)

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın emitetin uzun müddətli reytinqini və əsas qorunmayan borc üzrə reytinqini Ba2 səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz sabit olaraq qalıb.

Eyni zamanda Agentlik Cənub Qaz Dəhlizi (SGC) Azərbaycan hökuməti tərəfindən dəstəklənən qorunmayan istiqrazlarının reytinqini Ba2 səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz isə sabit olaraq qalıb.

Azərbaycanın uzunmüddətli yerli valyutada istiqraz və depozit tavanı dəyişməz olaraq Ba2, xarici valyutada uzunmüddətli istiqraz reytinqi Ba2, xarici valyutada uzunmüddətli depozit tavanı isə Ba3 səviyyəsində müəyyənləşib.(report.az)

AzNews.az