İmişlidə motosikletlə minik avtomobili toqquşdu: xəsarət alan var

12 Aprel 2019 20:38 (UTC+04:00)

İmişli rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Qaralar kənd sakini, 1975-ci il təvəllüdlü Sərraf Knyaz oğlu Hacıyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az