Abşeronda ev yandı

12 Aprel 2019 21:58 (UTC+04:00)

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin zirzəmisində ev əşyaları 8 m² sahədə yanıb, tavan 30 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az