Tamaşaçılarla zarafatlaşan aktyor səhnədə öldü

13 Aprel 2019 00:19 (UTC+04:00)

Britaniyanın tanınmış yumor ustası Yan Koqnito səhnədə dünyasını dəyişib.

60 yaşlı aktyor səhnədə “stand-up” zamanı ölümünə 10 dəqiqə qalmış tamaşaçılarla zarafatlaşmağa başlayıb: “Mən indi qəfil zərbəylə yıxılıb huşumu itirsəm, ayılanda Uels dilində danışacam”. Bir neçə dəqiqə sonra Koqnitonun halı pisləşib.

Tamaşaçılar bunun şou olduğunu zənn etsələr də, aktyorun səhnədə ayağa qalxmadığını görüb təcili yardım çağırıblar.

Həkimlər aktyorun həyatını xilas edə bilməyiblər. Koqnitonun ölüm səbəbi kimi infarkt göstərilir. (qafqazinfo)

AzNews.az