Yaponiyadan Avropaya yük daşımalarının müddəti iki dəfə qısaldı - Tarixi hadisə

12 Aprel 2019 17:05 (UTC+04:00)

Azərbaycanın qədim İpək Yolunun özərində yerləşməsi və strateji olaraq Asiya ilə Avropanı birləşdirməsi bir sıra ölkələrin diqqət mərkəzindədir. Yaponiyadan Avropaya göndərilən beynəlxalq yükdaşımaların səmərəliliyini artırmaq üçün Yapon Hökumətinin dəstəyi ilə həyata keçirilən JARP (Japan-Azerbaijan Railway Project) layihəsi artıq müsbət nəticə verir. Belə ki, tarixdə ilk dəfə olaraq birbaşa Yaponiyadan dərmir yolu vasitəsilə ilk yük konteyneri Bakının yeni Bakı Limanına (Ələt qəsəbəsi) uğurla çatdırılb. JARP layihəsinin uğurla həyata keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevin Azərbaycanı Asiya ilə Avropa arasında beynəlxalq nəqliyyat və logistika, idxal-ixrac əməliyyatları üçün mərkəzə çevrilməsi üçün həyata keçirdiyi kompleks işə dəstək və bu mərkəzə çevrilmənin səmərəli olduğunu dünya birliyinin diqqətinə çatdırmaq üçün həyata keçirilir. Bu layihə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də vacibliyini və yükdaşıma yükünün artmasında vacib olacaqdır.

JARP layihəsinin iştirakçıları – Yaponiya hökuməti tərəfindən təyin edilmiş cənab Takasa Vanaoyuki, Yaponiyanın Azərbaycandakı səfirliyi, Yaponiyanın aparıcı ixracatçı şirkəti “Hokuya Trading Co. Ltd”., Yaponiyanaın turuzmin və beynəlxalq ticarətin dəstəyini həyata keçirən” HIS Company Ltd.”, Azərbaycan tərəfindən Bakı Beynəlxalq Ticarət Dəniz Limanı QSC (Port of Baku) və idxalatçı şirkət və layihənin əsas həm-təşəbbüskarı və icraçısı “SAnattura İdxal-İxrac Ticarət MMC” layihənin uğurla həyata keçməsinin ölkəmizin Yaponyadan Avropaya beynəlxalq yükdaşımalarında rolununun getdikcə aratacağına inandıqlarını bildirirlər.

Prezident İlham Əliyevin yeni İpək Yolu layihəsinə və onun tərkib hissəsi kimi çıxış edən Bakı-Tbilis-Kars dəmiryolu xəttinə verdiyi diqqətin nəticəsində JARP layihəsi də ölkəmzin Asiyadan Avropaya yükdaşımalarındakı rolunu önə çəkəcək və bu marşrut üzrə daşınan yüklərin sayəsində ölkəmizin logistik və ticarət mərkəzinə çevrilməsi prosesi daha da sürətlənəcəkdir.

Bildirək ki, ilk sınaq nəqliyyat daşıması Yaponiyadan Çınə dəniz yolu ilə nəql edildikdən sonra Çinin dəniz limanından dəmiryolu vasitəsilə irəliləmiş və daha sonra da Qazaxstan ərazindən dəmiryolu vasitəsilə nəql edilib Qazaxstanın Xəzər dənizindəki Kurık limanına çatdırlmış və Xəzərə dənizi vasitəsilə Yeni Bakı Limanına çatdırılmışdır. İlk nəql edilən yük Yaponiyanın orqanik maça çaylarlı, udon və balıq unu olmuşdur.

JARP layihəsinin həm-təşəbbüskarı və icraçısı SAnattura İdxal-İxrac Ticarət MMC-nin İcraçı direktoru Ayaz Bayramovun məlumatına görə, yükün Yaponiyanın dəniz limanından Ələt Limanına çatması toplam 25 gün çəkmişdir, nəqliyyatın təşkilinin səmərəliliyi artırılarsa bu məddət 20-21 günə qədər də endirilə bilər. Bildirək ki, mövcud Yaponya-Azərbaycan okean yolu ilə nəqliyyat vasitəsinin müddəti ortalama 45-50 gün çəkir və JARP layihəsi bu müddəti 2 dəfə azaltmışdır. Bu də ərzaq məsullarının idxalında, həmçinin də ixracında ən vacib amillərdən biri olacaqdır.

Yapon tərəfində alınan məlumatlara görə, bu marşrutun işə düşməsi gələcəkdə Azərbaycan üzərindən ildə 50 milyard dollarlıq ticarət axınını təmin edə bilər. Bildirək ki, hazırda Yaponiyadan Avropa bazarlarına ixrac edilən məhsullar əsasən iki istiqamətdə - Rusiya və okean vasitəsilə daşınır. Birincinin qış dövründə nəqliyyat prosesində müxtəlif problemlər yaratması və müxtəlif bürokratik əngəllərlə qarşılanması, ikincinin isə daşınma müddətinin uzun olması bu ixracatın effektivliyinə təsir edir. Bu mənada JARP marşrutunun Yaponiyadan Azərbaycana, Azərbaycanın qonşuluğunda yerləşən bölgə ölkələrinə, xüsusilə də Avropaya (Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyədən Avropaya) daşınmasında rolu mühümdür.