“Liverpul”un keçmiş kapitanı vəfat etdi

13 Aprel 2019 09:00 (UTC+04:00)

İngiltərənin “Liverpul” komandasının keçmiş kapitanı Tomi Smit vəfat edib. 74 yaşlı futbolçu bir çox xəstəlikdən əziyyət çəkirdi.

Klubun saytında futbolçunun ölümünə görə ailəsinə və yaxınlarına başsağlığı verilib.

Kluba kapitanlıq edən Smit “Dəmir Anfield” kimi tanınıb və 1977-ci ildə vurduğu qolla komandasını Avropa Kubokunun finalına çıxardıb. (AZƏRTAC)