Mey Leyboristlər partiyasına çağırış etdi

13 Aprel 2019 09:04 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Tereza Mey Leyboristlər partiyasına çağırış edib.

Avropa İttifaqı ilə “Brexit” tarixini dəyişdirən (31 oktyabr) müqaviləsini imzaladıqdan sonra parlamentdə çıxış edən Tereza Mey mövcud vəziyyətdən xilas olmaq üçün birlikdə hərəkət etməyə çalışacaqlarını söyləyib. O qeyd edib ki, deputatlar Avropa İttifaqından çıxmaq haqqında müqaviləsini təsdiqləsələr Britaniyanın gələn ay keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etməsinə ehtiyac qalmayacaq.

“Qəti razılığa gəlmək asan olmayacaq, hər iki tərəf bunu etmək üçün güzəştə getməlidir”.

Leyboristlər Partiyasının lideri Ceremy Korbin “Brexit”in gecikməsini diplomatik uğursuzluq kimi şərh edib. (AZƏRTAC)