Poroşenko və klanını yox etmək lazımdır, çünki… - Saakaşvili

13 Aprel 2019 09:54 (UTC+04:00)

Ukraynanın yeni rəhbəri müharibə, korrupsiya və təhlükəsizlik məsələləri ilə üz-üzə qalacaq.

Bunu “Naş” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakşavili deyib. Onun sözlərinə görə, yeni hökumətə qarşı ən böyük müqaviməti köhnə sistemin klanı göstərəcək:

“Ona görə də güclü müqavimətə rəğmən hər kəsi sona qədər təmizləmək, prezident Poroşenko və onun klanını yox etmək lazımdır. Yeni prezidentə hazırkı parlamentlə heç bir kompromisə getməsinə imkan vermək olmaz”. (Axar.az)