Məşhur türk aktyoru Kadir İnanırla yaxın dostu Jülide Kural dünən İstanbulun Etiler səmtində yemək yeyib. Onlar birlikdə məkandan ayrılarkən kameralara görüntüləniblər.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, çıxışda jurnalistlər aktrisa Türkan Şorayın ötən günlərdə söylədiyi “Adımı heç yada salmır. Bu səbəbdən ondan bir az küsmüşəm. Kadir eqoistdir, sizcə də elə deyilmi?” -sözlərini xatırladıb.
Tələsik uzaqlaşan Kadir İnanır “Elə bir şeylər yoxdur. Bu söhbətləri hardan çıxardırsınız?” deyərək sualdan yayınmağa çalışıb.
Səidə Vahid
AzNews.az