Bakı hava limanında kütləvi dava: BIÇAQLANANLAR VAR – Yeniləndi-EKSKLÜZİV

28 Aprel 2013 21:54 (UTC+04:00)


Bu dəqiqələrdə AZNEWS.AZ-a daxil olan məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda bıçaqlanma hadisəsi baş verib. İlkin informasiyaya görə, hava limanı ərazisində yerləşən Hava Nəqliyyatında baş Gömrük İdarəsinə kütləvi hücum olub və bir neçə gömrük əməkdaşı bıçaqlanıb.

İndi aldığımız məlumata görə isə əslində orada kütləvi toqquşma sərnişinlər arasında baş verib. Hadisə Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb.

Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin "Şərurda kişi yoxdur" təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanında - Naxçıvan terminalında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.

Qeyd edək ki, Naxçıvan terminalı Hava Nəqliyyatında baş Gömrük İdarəsinə yaxın olduğu üçün ilkin informasiyada orada toplaşanların məhz gömrük idarısinı hücum etdiyi bildirilirdi.

***
İndi aldığımız məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Onlar içərisində Bakı Şəhər prokuroru Əziz Seyidov da var. Artıq toqquşmanın qarşısının alındığı, xeyli adamın da həbs edildiyi bildirilir.

Azər
AzNews.az