Azərbaycanlılara qarşı daha bir yalan ittiham-VİDEO
29 Aprel 2013 07:04 (UTC+04:00)
Moskvada dünən toy kortejində atəş açan 10 azərbaycanlının saxlanıldığı barədə məlumatlardan sonra polis açıqlama yayıb. Məlumatda bildirilir ki, əslində silahdan atəş açılmayıb, sadəcə sakinlər fişəngləri güllə hesab ediblər. Buna görə də, saxlanılan 15 azərbaycanlı sərbəst buraxılıb. Ancaq bir nəfər saxlanılıb ki, bu da onun maşında mənşəyi naməlum maddənin aşkarlanması ilə əlaqədardır. Maddənin narkotika olduğu güman edilir.
Qeyd edək ki, bu gün gecə Moskvada toyda atəş açan 10 azərbaycanlı saxlanıldığı barədə məlumat verilmişdi. Polis toy kortejini Çarisinski parkının yaxınlığında saxlayıb. Rusiya mətbuatının məlumatına görə, hadisə barədə polisə qonşular xəbər verib. Polis rəisinin müavini Sergey Aksenovun sözlərinə görə, avtomobillərə baxış zamanı silah aşkar edilməyib. 5 maşında 10 azərbaycanlı saxlanıb ki, onlarda da bəzi maddələrin olduğu bildirilir. Əgər ekspertiza həmin maddələrin marixuana olduğunu aşkarlasa saxlananlara qarşı cinayət işi açılacağı bildirilirdi.
Elnarə
AzNews.az