Roma Papası İrana humanitar yardım ayırdı

13 Aprel 2019 15:00 (UTC+04:00)

Roma Papası Frensisk İranda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə 100 min avro yardım ayırıb.

İran mətbuatına istinadla xəbər verilir ki, Roma Papası Vatikanın İrandakı elçiliyi vasitəsilə ayrılan 100 min avronu seldən zərər çəkənlərin ən zəruri tələbatlarını ödəmək üçün xərcləyəcək.

Xatırladaq ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel İranın 24 vilayətindəki şəhər və kəndlərə böyük ziyan vurub, infrastruktur dağılıb, 70-dən çox adam həlak olub.

Bu günə kimi Azərbaycan, Türkiyə, İsveçrə, Almaniya, Küveyt, Rusiya, Pakistan, Yaponiya, Qətər və başqa dövlətlər İrana humanitar yardım göstəriblər. Avropa İttifaqı isə İrana 1 milyon 200 min avro yardım ayırıb. (AZƏRTAC)