Azərbaycanda körpə doğuşdan sonra ölüb

13 Aprel 2019 14:00 (UTC+04:00)

Gəncə şəhərində yeni doğulmuş körpə ölüb.

Hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, 19 yaşlı Sona Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir neçə saat sonra körpə dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (ONA)