Ramil Usubov yeni rəis müavini təyin etdi

13 Aprel 2019 13:35 (UTC+04:00)

Daxili işlər orqanlarında daha bir təyinat olub.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azay Akif oğlu Ağayev Mingəçevir Şəhər Polis Şöbəsi (RPŞ) rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini olub. (Report)