Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb

13 Aprel 2019 13:44 (UTC+04:00)

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb.

Nümayişçilər 22–ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır” deyərək Tuluza toplaşmağa çağırış ediblər.

Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.

Qeyd edək ki, “dağıdıcılar əleyhinə” qanun bu gün səhərdən qüvvəyə minir. Qanuna əsasən nümayişçilərin çantaları və avtomobilləri yoxlanılacaq, sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir. (AZƏRTAC)