Hakimiyyət qələbəmdən qorxur - Saakaşvilinin arvadı

13 Aprel 2019 13:57 (UTC+04:00)

Mənim qarşımı heç kim ala bilməyəcək.

Bunu Zuqdidi meri vəzifəsinə namizədliyini irəli sürən Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.

“Hökumət bizə qarşı provokasiya təşkil edir, əhali ilə görüşümüzə mane olur. Heç kim bizi dayandıra bilməyəcək. Hakimiyyət mənim qələbəmdən qorxur. Düşünürlər ki, bu qadının insanlara yanaşması yaxşıdır və onun qələbə perspektivi mövcuddur”, - o bildirib. (Axar.az)