Əfqanıstanda 11 talib məhv edilib

13 Aprel 2019 19:20 (UTC+04:00)

Trend-in məlumatına görə, əməliyyat ölkənin Fəryab vilayətində aparılıb.

"Taliban" silahlıları Hvaca Namosi yaşayış məntəqəsində təhlükəsizlik qüvvələrinin blokpostlarına hücum edib. Hücum 10:30-da başlanıb, təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində, həmçinin, 23 talib yaralanıb.

Hərbçilərin məlumatına görə, atışma nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndələri və dinc sakinlər yaralanmayıb.

AzNews.az