Lənkəranda zəlzələ oldu

14 Aprel 2019 09:00 (UTC+04:00)

Lənkəranda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,6 bal, dərinliyi 36 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.(trend.az)

AzNews.az