“Facebook”da problem yaranıb

14 Aprel 2019 15:18 (UTC+04:00)

"Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp" və "Messenger" proqramlarının işində problem yaranıb.

Bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən "DownDetector.com" məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.

Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.(report.az)

AzNews.az