Beynəlxalq təşkilat, yoxsa selektiv cəza aləti?

14 Aprel 2019 17:17 (UTC+04:00)

Beynəlxalq QHT-lərin keçən qlobal siyasi müstəvidə bəlli dairələr tərəfindən cəza elementi kimi istifadə etdikləri haqqında araşdırmamın əsasında silsilə yazılarım olmuşdu.

İkinci dünya müharibəsindən sonra dəyişən dünya nizamı yeni qaydalar gətirdi və keçən əsrin 50- ci illərində artıq dünyada yüz illərə söykənən ənənəvi kəşfiyyat üsülları və “informasiya mübadiləsi “ adət-ənələləri özünü doğrultmadı.

Dəyişən dünyada üsullar dəyişdi: indi daha fərdlərə bağlanan həssas kəşfiyyat kanallarından ibarət şəbəkələr özünü doğrultmurdu və məhz o illərdən də bu sahəyə yeni - Qeyri Hökümət Təşkilatları - QHT adı altında yeni təsisat, təşkilati şəbəkələr qoşuldu.

Bu təsisatların ilklərindən biri, əsası ABŞ prezidentləri ailəsinə (prezident Franklin Ruzveltin həyat yoldaşı , digər prezident Teador Ruzveltin qardaşı qızı) məxsus Eleanora Ruzvelt və Uendell Uilki (1940-ci ildə ABŞ prezidentliyinə namizəd olmuşdur) tərəfindən qoyulmuş, Azərbaycan oxucusuna yaxşı tanış olan, Vaşinqtonda mənzillənən Freedom House təşkilatıdır.

Təşkilatın hansı səviyyədə müstəqil və ən əsası QHT olmasını, son 10 ildə təsisata rəhbərlik edən şəxslərin daha əvvəlki iş yerləri haqqında bir neçə cümlə söyləmək kifayət edir.

Məsələn, 2009-cu ildə Freedom House-a rəhbərlik edən Uilliam Horvar Taft , prezident Reyqan Adminstrasiyasında Müdafiə Nazirliyinin baş məsləhətçisi və daha sonra müdafiə nazirinin müavini olmuş, prezident Buşun Adminstrasiyasında müdafiə katibi vəzifəsini icra etmiş, daha sonra isə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi vəzifəsində çalışmışdır.

Taftın bu vəzifədə sələfi, Freedom House-un ondan əvvəlki rəhbəri isə rəsmi olaraq ABŞ Mərkəzi Kəşfiyyatın 16-cı direktoru işləmiş , uzun illər Mərkəzi Kəşfiyat İdarəsinin işçisi və 1993-cü ildən isə bu qurumun rəhbəri olmuş Jeyms Robert Vulsi idi.

Taftdan sonrakı, 2010-2015- ci illərdə Freedom House-un rəhbəri Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir məqamda Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin dərinləşməsi və tərəflərin münasibətlərin daha üstün fazaya keçməsi istiqamətində qızmar fəaliyyəti dövründə , ölkəmizə qarşı aşkar sistemli anti-Azərbaycan fəaliyyəti aparan Devid Kramer oldu.

D. Kramer uzun illər ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə şöbəsində işlədikdən sonra, cəmi bir neçə aylıq ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi işləmişdir.

İnformasiya texnologiyaların inkaşafı, informasiyanın əldə olunmasının asanlaşması sayəsində aşkara çıxan reallığın gizlədilməsi , bu tip təsisatların dövlətlərin maraqlarını həyata keçirilməsində örtük rolu oynaması haqda şübhənin neytrallaşdırılması üçün, həmin İNGO-lardakı rəhbər postuna namizədlərin qısa bir müddətə dövlət departamnetinin insan haqqları şöbəsinə transfer edilməsi təcrübəsi həyata keçirilir.

Freedom House-un rəhbərləri və onların bioqrafiyasının kiçik analizi, rəhbərlərin ilk iş yerlərinin ABŞ–ın mövcud siyasi prioritetlərinə uyğun sahələrin kadrları olması diqqəti çəkir .

Yeganə Hacıyeva ,
beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ekspert