Kiyevdə bomba xəbərdarlığı - Yüzlərlə insan təxliyyə edildi

14 Aprel 2019 23:48 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə bir neçə yerə bomba qoyulduğu ilə bağlı polisə anonim zəng daxil olub.

Təhlükəsizlik məqsədilə şəhərin mərkəzindəki Beynəlxalq Müasir İncəsənət Mərkəzi, Müstəqillik Meydanı, “Qlobus” ticarət mərkəzi və bir neçə hotel boşaldılıb.

Əraziyə çoxlu partlayıcıları zərərsizləşdirmə üzrə mütəxəssislər cəlb edilib. (qafqazinfo)

AzNews.az