Xəbər verildiyi kimi, Nepal aeroportunda "Twin Otter" tipli yüngül mühərrikli təyyarə yerdə dayanmış helikopterə çırpılıb.
Bu gün alınan məlumata görə, ölənlərin sayı 3 nəfərə çatıb, 4 nəfər isə xəsarət alıb.
İnsident nəticəsində ölənlərdən biri təyyarənin pilotu, digər iki nəfər isə “Manang Air” şirkətinə məxsus helikopterin yanında dayanmış polislər olub.
Təyyarənin göyərtəsində 4 sərnişin və bir stüardessa olub. Hazırda onların həyatları üçün heç bir təhlükə yoxdur. (ONA)