Sinqapurda hava taksisi sınaqdan keçirilir

15 Aprel 2019 09:16 (UTC+04:00)

Sinqapurun Mülki Aviasiya İdarəsi (CAAS) bu il hava taksisini sınaqdan keçirmək istəyir.

Bu barədə “Channel News Asia” portalı məlumat yayıb.

Taksi görünüşcə helikopterə bənzəsə də, onun hazırlanmasında pilotsuz uçan aparatların texnologiyasından istifadə ediləcək. Aparatın qalxıb-enməsi ya uzaqdan idarə üsulu ilə, ya da tam müstəqil həyata keçiriləcək.

Kabinəsində iki nəfərin otura biləcəyi hava taksisi 30 kilometrədək məsafə qət edəcək.

Sınaq işlərinin yaşayış sahəsində deyil, yalnız su üzərində həyata keçiriləcəyi deyilir.(ona.az)

AzNews.az