48 yaşlı qadın canına qıydı

15 Aprel 2019 09:30 (UTC+04:00)

Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Məlahət Feyzullah qızı Şabanovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 48 yaşlı M. Şabanovanın intihar səbəbi hələlik bilinmir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.(ona.az)

AzNews.az