Müğənniyə ağır itki

15 Aprel 2019 09:48 (UTC+04:00)

Müğənni Talıb Taleyə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, sənətçinin atası Ələsgər Ələsgərov dünyasını dəyişib.

Ələsgər Ələsgərov uzun zamandır ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum bu gün yaşadığı Göygöl rayonunda dəfn olunacaq.

AzNews.az