Gözlər Binali Yıldırımda - Bu gün açıqlama verəcək

15 Aprel 2019 10:21 (UTC+04:00)

İstanbul Böyükşəhər Bələdiyyə başqanı namizədi və AKP-nin millət vəkili Binali Yıldırımın bu gün seçkilərlə bağlı mətbuat konfransı keçirəcəyi iddia edilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, FOX TV-də sabah xəbərlərini aparan jurnalist İsmail Küçükkaya Binali Yıldırımın bu gün seçkinin nəticələri ilə bağlı açıqlama verəcəyini deyib.

Yıldırımın Sütlücədəki AKP İstanbul İl Başqanlığında mətbuat nümayəndələri ilə görüşəcəyi, Maltəpədə yenidən sayım və AKP-nin bundan sonra atacağı addımlarla bağlı açıqlama verməsi gözlənilir.

Pərvanə Ağazadə

AzNews.az