Türkiyədə “Rəngli qaçış” festivalı keçirildi

15 Aprel 2019 11:09 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində “Color Sky 5K” “Rəngli qaçış” festivalı keçirilib.

Festival zamanı iştirakçılar şəhərin Karşıyaka bölgəsindən Mavişehir sahilinə doğru qaçıblar. İştirakçılar finişə müxtəlif rənglərə boyanmış halda çatıblar. Beş kilometrlik yürüşün hər kilometrində iştirakçıların üstünə müxtəlif rəngli kirşan tökülüb.

Bu il Türkiyədə altıncı dəfə keçirilən festivalın əsas məqsədi sağlam həyat tərzinin təbliğ etməkdir.

Təşkilatçılar bugünədək keçirilən festivallarda 37 minədək vətəndaşın iştirak etdiyini bildiriblər.(AZƏRTAC)

AzNews.az