İstanbulun Maltəpə ilçəsində səslərin sayılmasının dayandırılması elanından sonra bu səhər sayma prosesi yenidən başlayıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maltəpə ilçəsində 1-ci və 2-ci seçki qurumları tərəfindən bu günə qədər aparılan bütün sayımların səs çoxluğu ilə ləğvinə qərar verilmişdi.
Bütün səslərin təxminən 5/6-i ilçə seçki qurumu tərəfindən yenidən sayılacaq.
Qərar AKP, MHP, Səadət Partiyasının üzvləri və daha iki məmur üzvün səsləri ilə verilib.
Pərvanə Ağazadə
AzNews.az