İŞİD-in Somalidəki 2-ci lideri öldürüldü

15 Aprel 2019 11:54 (UTC+04:00)

İŞİD-in Somalidəki ikinci lideri Abdihakim Kudhub hava hücumu nəticəsində öldürülüb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Somalinin Putland əyalətinin təhlükəsizlik naziri Abdisamed Muhammed Gallan İŞİD-in İskushban ilçəsi ətrafındakı nöqtələrinə havadan hücum etdiyini açıqlayıb.

Gallan İŞİD-in Somalidəki ikinci lideri Abdihakim Kudhubun maşınının da olduğu karvanın hədəf alındığını və məhv edildiyini bildirib.

Hücum zamanı Kudhubun köməkçisi və yanındakı bir nəfər də öldürülüb.

Hava hücumunun uğurlu olduğunu deyən Gallan yerli xalqın zərər görmədiyini vurğulayıb.

Qeyd edək ki, Abdihakim Kudhub Somalidə Əş Şəbab terror təşkilatının qurulmasını təmin edən şəxslərdən biri kimi tanınır.

Pərvanə Ağazadə

AzNews.az