İsmayıllı rayonunda 3 aylıq gəlinin intiharının bəzi təfərrüatı məlum olub.
Rayonun İvanovka kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib:
“Gəlin evdə tək olub. O, özünü ipdən asıb. Həyat yoldaşı axşam evə gəlib qapını açanda arvadını ipdən asılı vəziyyətdə görüb. Gəlinin səhhətində heç bir problem olmayıb. Hazırda hüquq-mühafizə orqanları gəlinin intihar səbəbini araşdırır. Bu hadisə bütün kəndi silkələyib”.
Qeyd edək ki, İsmayıllıda gəlin toyundan 3 ay sonra intihar edib.
Bahar RÜSTƏMLİ
AzNews.az