Vasif Talıbovdan yeni təyinat

15 Aprel 2019 12:02 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kamil Məmmədəliyevin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilib.(report.az)

AzNews.az